Xəzər Xəbər

Tovuzda avtomobil Kür çayına düşüb, üç nəfər boğulub VİDEO

Veb TV | 19:34 • 3 İyun 2024
Tovuzda avtomobil Kür çayına düşüb, üç nəfər boğulub

Tovuz rayonunda minik avtomobili Kür çayına düşüb. 

Xezerxeber.az-ın məlumatına görə, Hadisə rayonun Hunanlar kəndi ərazisində baş verib.

Dörd dostun balıq tutmaq arzuları bədbəxt hadisə ilə nəticələnib. Kür çayının rayonun Hunanlar kəndi ərazisindən keçən hissəsində özləri üçün uyğun yer axtaran dostlar gecə saatlarında avtomobillə hərəkətdə olarkən selin yuduğu yol istiqamətində irəliləyiblər. Bu zaman onların avtomobili çaya düşüb.

“VAZ-2107” markalı avtomobili rayonun Bayramlı kənd sakini 35 yaşlı Tural Quliyev idarə edib. Onunla birlikdə nəqliyyat vasitəsində dostları - Abulbəyli kənd sakinləri - 33 yaşlı Vüqar Cəfərov, 36 yaşlı Elxan Sadıqov və 32 yaşlı Turqut İbrahimov da olub. 

Nəqliyyat vasitəsini suya düşdükdən sonra yalnız Turqut İbrahimov üzərək sudan çıxa bilib. Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı Tovuz Rayon Prokurorluğunda aparılacaq araşdırmalardan sonra məlum olacaq. Çayda batan digər 3 nəfərin axtarışları üçün xilasedicilər cəlb olunublar. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar