Xəzər Xəbər

Bakıda yeni park salınır VİDEO

Veb TV | 21:56 • 3 İyun 2024
Bakıda yeni park salınır

Paytaxtın mərkəzində böyük park salınır.

Xezerxeber.az-ın məlumatına görə, artıq layihənin fotoları da yayılıb.

Nərimanov rayonu ərazisində yerləşən və Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrini əhatə edəcək yeni istirahət zonası meşə-park tipli olacaq.

Park mövcud ağaclara maksimum toxunmamaq şərti ilə relyeflə uyğun salınacaq. Ərazidə geniş səkilər, velosiped zolaqları, uşaq-əyləncə vasitələri də olacaq.

Bundan başqa, yeni tikiləcək park yolun digər tərəfindəki parklarla əlaqələndirləcək. Parkda bir neçə stadion və tennis kortunun tikintisi də nəzərdə tutulub.

İşlərin payız aylarına qədər yekunlaşması nəzərdə tutulur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar