Xəzər Xəbər

Ölkəmizə kənd toyuqları da XARİCDƏN GƏTİRİLİR? VİDEO

Veb TV | 14:50 • 3 İyun 2024
Ölkəmizə kənd toyuqları da XARİCDƏN GƏTİRİLİR?

Azərbaycana kənd toyuqları həm də xaricdən idxal olunur.

Xezerxeber.az-ın xəbərinə görə, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən çəkisi 185 qramdan artıq olmayan 3 milyondan çox diri ev toyuqları idxal edib.

Maraqlıdır, kənd toyuqlarına olan tələbatı niyə ödəyə bilmirik?

Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirir ki, quşlar arasında yayılan xəstəliklərlə əlaqədar müəyyən çəkiyə qədər olan diri toyuqların yerli bazara idxalı qadağandır. Onun sözlərinə görə,  ölkəyə ancaq Turkiyə və Gürcüstandan 80 qrama kimi olan cücələr gətirilir.

İqtisadçı Rəşad Həsənov isə qeyd edib ki, ölkədə yerli tələbdən artıq istehsal olsa da, bazarlarda idxal məhsullarını görmək qeyri-adi hal deyil.

İqtisadçı korporativ müştərilərin idxal məhsullarına üstünlük verməsini isə standart ölçü və qiymət kimi səbəblərdən qaynaqlandığını bildirib.

Daha ətraflı videomaterialda:

Xəbər lenti

Çox oxunanlar