Xəzər Xəbər

"Ögey ana" filminin çəkildiyi bu yer turistlərdə böyük maraq oyadır VİDEO

Veb TV | 21:21 • 2 İyun 2024
"Ögey ana" filminin çəkildiyi bu yer turistlərdə böyük maraq oyadır

Uzun illər keçməsinə baxmayaraq, kiçikdən-böyüyə hər kəsin sevə-sevə izlədiyi "Ögey ana" filmi (1958-ci il) Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz qoyub.

İsmayıllının Buynuz kəndində filmin bir hissəsinin çəkildiyi yerə üz tutanların sayı bu gün də kifayət qədərdir.

"Ögey ana" filminin digər hissələrinin çəkildiyi Qalacıq-İstisu kəndində isə filmə xatirə abidəsi quraşdırılıb. Abidə filmdəki itburnu çiçəyinin yerində qurulub.

Sakinlər bu ərazinin yerli turistlərdə böyük maraq oyatdığını bildirirlər.

O da qeyd edilib ki, filmdə lentə alınan dağların partladılması kadrları elə kəndə  yol çəkilişi zamanı görülən işlərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti