Xəzər Xəbər

Bölgələrdə AĞIR QƏZALAR VİDEO

Veb TV | 22:00 • 2 İyun 2024
Bölgələrdə AĞIR QƏZALAR

Yük maşını aşıb, nəticəsi ölüm olub.

Xezerxeber.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İntiqam Qələndərovun idarə  etdiyi yük maşını idarə etmədən çıxaraq aşıb. Nəticədə sürücü ağır bədən xəsarəti alıb. Yaralı dərhal təcili-tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə  baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Maşının aşması yol təsərrüfatına da ziyan vurub.

Faktla bağlı araşdırma aparılır.

Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kənd ərazisindən keçən hissəsində  isə  mikroavtobus yanıb. Yanğın Qax sakini 39 yaşlı Xalid Tağıyevə məxsus "Vito" markalı mikroavtobusda baş verib. Hadisə  yerinə  Qax rayon Yanğından Mühafizə  Hissə sinin yanğınsöndürənləri cəlb olunub. Mikroavtobus tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar