Xəzər Xəbər

Bakı metrosunda baş verən bədbəxt hadisənin TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 20:55 • 2 İyun 2024
Bakı metrosunda baş verən bədbəxt hadisənin TƏFƏRRÜATLARI

Xəbər verdiyimiz kimi, Bakı metrosunda sərnişinlərdən biri stansiya yoluna düşərək ölüb.

Hadisə "28 May" metrostansiyasında baş verib.

"Bakı Metropoliteni" Qapalı Sə hmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə  müsahibəsində bildirib ki, qatar yoluna düşən sərnişin kişi olub.

Bəxtiyar Məmmədov bildirib ki, meyit stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bə rpa olunub.

TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilsə də, həmin şəxsin həkimə qədər ölümü qeydə  alınıb.

Həyatını itirən şəxsin kimliyi də bəlli olub. O, 67 yaşlı Şərafəddin Abdullaydır. Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti