Xəzər Xəbər

"Bazar günləri parklanma ödənişsizdir" yazısına NİYƏ ƏMƏL OLUNMUR? VİDEO

Veb TV | 20:50 • 2 İyun 2024
"Bazar günləri parklanma ödənişsizdir" yazısına NİYƏ ƏMƏL OLUNMUR?

Şəhərin dörd bir tərəfində vurulan lövhələrdə "bazar günləri parklanma ödənişsizdir" yazılsa da, əslində paytaxtın bir çox yerlərində vətəndaşlardan parklanmaya görə qanunsuz ödənişlər alınır.

Xezerxeber.az xəbər verir ki, sürücülər də mövcud vəziyyətdən narazı olduqlarını bildirirlər.

Onların bəziləri isə əksini düşünərək ənənəvi ödəniş üsulundan razı olduğunu deyib.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan suallarımıza cavab verilmədi.

Xatırladaq ki, hər axşam saat 22:00-dan, səhər saat 7-yə qədər və bazar günləri fəaliyyət göstərən zonalar üzrə  parkinqlər pulsuzdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti