Xəbər verdiyimiz kimi, bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verib.
Valideynlər də abituriyentlər qədər həyəcanlı olublar. Övladının daha hazırlıqlı olduğunu deyənlər də olub, tərəddüddə olanlar da...
DİM-dən “Xəzər Xəbər”ə bildirilib ki, 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə "ağıllı" saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.