Bakıda yağmurlu, küləkli, tozlu hava şəraiti artıq geridə qalır.
Xezerxeber.az xəbər verir ki, sabah ölkə ərazisində havanın temperaturu 35 dərəcəyədək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bölgələrdə də əksər rayonlarda yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Həmçinin sabah gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.