Mövsümü olmasa da, market və bazarlarda qarpızın satışına rast gəlinir. Yerli məhsul hələ yetişmədiyinə görə piştaxtalarda yalnız xaricdən gətirilən məhsullar var. Qiymətlərdə də xeyli artım müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, paytaxt bazarlarında qarpızın 1 kq-nın qiyməti 2-3 manat arasında dəyişir. Satıcılar hazırda qarpızın əvvəlki aylarla müqayisədə 20-25 faiz baha olduğunu bildirirlər.
Satıcıların sözlərinə görə, yerli məhsul hələ yetişmədiyindən piştaxtalarda yalnız xaricdən gətirilən məhsullar var. Bahalaşmaya səbəb isə havalar isindikcə bu məhsula tələbatın artmasıdır.
Onlar yerli məhsulun iyul ayının sonlarında satışa çıxacağını bildiriblər.
Bəzi alıcılar isə qarpızın mövsümü olmadığından onu almaqdan çəkindiklərini və yerli məhsulun daha təhlükəsiz olduğunu deyirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.