İkinci əl məişət əşyaları bazarında canlanma müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, son zamanlar bəzi avadanlıqların ikinci əl olaraq alınmasına tələbat artıb. Müştərilərin ən çox aldığı əşyalar isə kondisioner, paltaryuyan maşın, ətçəkən və soyuducudur.
Hətta bu məhsulların çatdırılması, quraşdırılması və zəmanəti də mövcuddur.
Satıcılar deyirlər ki, son dövrlər bu məhsulların alıcılarının çoxalmasının əsas səbəbi qiymətlərinin münasibliyi və zəmanətin olmasıdır. Bu avadanlıqlarda xeyli müddətdir ki, qiymət artımı da yoxdur.
Satıcıların fikrincə, növbəti aylardan tələbələrin Bakıya axınından sonra bazarda daha da canlanma olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.