Astara rayonunun Şiyəkəran kəndinin ərazisində sürüşmə aktivləşib.
Xezerxeber.az xəbər verir ki, son günlər rayona yağan aramsız yağışlar bu ərazidə sürüşmə zonalarını daha da aktivləşdirib. Ərazidə eni 3-5 metr olan torpaq qatı, sitrus və meyvə ağacları ilə birlikdə sürüşərək çaya tökülüb.
Sakinlər deyir ki, ərazidə olan bir ev yararsız vəziyyətə düşdüyünə görə ailə köçmək məcburiyyətində qalıb. Hazırda 10 ev üçün də təhlükəli vəziyyət yaranıb.
Sözügedən əraziyə Azərbaycan Su Ehtiyatları Agentliyinin və layihə insitutunun nümayəndələri baxış keçiriblər.
Ümumiyyətlə həmin ərazidə 650 paqonametr sahil mühafizə bəndlərinin tikintisi planlaşdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.