Xəzər Xəbər

Hökməlidə marşrut problemi – 100-dən çox ailə 4 km məsafəni piyada gedir VİDEO

Veb TV | 21:23 • 31 May 2024
Hökməlidə marşrut problemi – 100-dən çox ailə 4 km məsafəni piyada gedir

Abşeron rayonunun Hökməli kəndinin yüzdən çox ailəsinin yaşadığı ərazidə marşrut problemi yaşanır.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər məcbur qalıb taksidən istifadə edir ki, bu da onlara sərf etmir.

Sakinlər iddia edir ki, onların yaşadığı ünvana gedən küçənin yolu bərbad vəziyyətdədir. Məhz bu səbəbdən əvvəllər işləyən  156 saylı marşrut xətti ləğv edilib. İndi şəxsi avtobuslar yalnız şagirdləri məktəbə apartıb gətirir ki, o da hər bir uşaq üçün aylıq 60 manata başa gəlir. Bu da valideynlərə sərf eləmir.

Mövcud məsələdən aidiyyəti qurum da xəbərdardır. AYNA-dan bildirildi ki, Hökməli kəndində 156 nömrəli marşururt fəaliyyət göstərir. beton yol adlanan ərazidə yol infrastrukturu qənaətbəxş deyil. Yol infrastrukturu ictimai nəqliyyat vasitələrinin təhlükəsiz, sərbəst hərəkət və manevr etməsi üçün imkan verdiyi təqdirdə marşururtla əlaqələndirmə məsələsinə baxıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti