Xəzər Xəbər

Taksi ilə bağlı verilən qərar “manatlıq taksi”lərə NECƏ TƏSİR EDƏCƏK? VİDEO

Veb TV | 21:18 • 31 May 2024
Taksi ilə bağlı verilən qərar “manatlıq taksi”lərə NECƏ TƏSİR EDƏCƏK?

1 aydan sonra "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişikliklər qüvvəyə minir.

Xezerxeber.az xəbər verir ki, bununla da el arasında manatlıq taksi adlandırılan sərnişin daşımaların fəaliyyətinin dayandırılacağı bildirilir.

Vətəndaşlar isə deyir ki, avtobuslar tələbatı qarşılamır. Gündəlik olaraq onlar üçün ən rahat daşıma elə bu taksilərdir.

Sürücülər isə bildirir ki, xüsusilə Bakı ətrafı qəsəbələrin nəqliyyat yükünü bu taksilər həyata keçirir. Onlar günün pik saatlarında yüzlərlə  sərnişin daşıyırlar.

Ekspertlər deyir ki,  taksilərə tətbiq ediləcək qaydaların sərnişindaşımaya əsaslı təsir edəcək. Paytaxtın nəqliyyat yükünün qarşılanması üçün yeni avtobuslara, tramvay və metro infrastrukrunun inkişaf etdirilməsinə ehtiyac var.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə qurum tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.

Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti