Bir qrup Yevlax sakini sələmçi tərəfindən aldadıldıqlarını iddia edir.
Xezerxeber.az-ın xəbərinə görə, onlar bildirir ki, Yevlax sakini Qiyas Pənahovdan sələmə pul götürüblər. Sonradan bu borc şişirdilib. Məsələn, 500 manat götürən şəxsdən 5000, 1000 manat alan şəxsdən isə, 10 min manat pul istənilib.
Şikayətçilər iddia edir ki, sözügedən sələmçiyə. bu şişirdilmiş məbləği ödəmədikdə maşın ev, torpaq və digər dəyərli əmlakları əllərindən alınır.
Şikayətçilər arasında Bərdə və Tərtər rayon sakinləri də var.
Yevlax sakini İlkin Kərimov da həmin şəxsdən sələmə pul götürmək istəyib, lakin aldadıldığını son anda öyrənib və fikrindən daşınıb.
Bu məsələdə adı hallanan Qiyas Pənahovla əlaqə saxlamaq istəsək də zənglərimiz cavabsız qalıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirdi ki, səsləndirilən iddialarla bağlı daxil olmuş müraciətlər əsasında araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.