Xəzər Xəbər

Neftçalada uçan bənd nə vaxt yenidən qurulacaq? VİDEO

Veb TV | 20:45 • 31 May 2024
Neftçalada uçan bənd nə vaxt yenidən qurulacaq?

Xəzər dənizinin suyunun Kür çayına qarışmaması üçün qurulan bənd uçub.

Xezerxeber.az xəbər verir ki, görüntülər Neftçala rayonu ərazisində Kürlə dənizin qovuşduğu yerdə lentə alınıb.

Ötən gün çayın əsas qolunun  qarşısındakı bənd suyun təzyiqinə tab gətirməyərək uçub. Bu, artıq ikinci hadisədir ki, sözügedən ərazidə baş verir. Bundan bir müddət öncə isə çayın digər qolunda-Bala Kürdə də eyni hal baş vermişdi.

Son beş gündə çayın səviyyəsi 2,5 metrdən artıq qalxdığından Kür çayı uzunluğu 350, eni 16 metr olan su aşıran bəndi yararaq əhatə dairəsini daha da genişləndirib. Nəticədə su aşıran bəndin 100 metrdən çox hissəsi sıradan çıxıb.

Mütəxəssislər hesab edir ki, Kürdə suyun səviyyəsi daha 1,5-2 etr aşağl düşərsə, dəniz suyunun Kür çayına qarışmaq təhlükəsi yenidən yarana bilər. Məsələ ilə bağlı Muğan Su-Tikinti Qapalı Tipli Cəmiyyətlə əlaqə saxladıq.

Cəmiyyətdən bildirildi ki, hələlik Kür çayında bolsululuq müşahidə olunur. Yaranmış vəziyyətlə bağlı hər hansı bir tədbirin görülməsi isə veriləcək qərardan asılı olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar