2023-cü ildə dövlət büdcəsindən iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinə 856,9 milyon manat vəsait sərf edilib.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, aparılan müzakirələr və təhlillər qarşıya qoyulan hədəflərə nail olunduğunu deməyə imkan verir.
Parlamentdə "Əmək pensiyaları haqqında qanun" layihəsinə dəyişiklik ikinci oxunuşda müzakirəyə təqdim edilib. Özündə dörd istiqaməti ehtiva edən dəyişiklərdən biri də hərbçilərlə bağlıdır.
Komitə sədri Musa Quliyev bildirib ki, hərbi xidmət dövründə xəstələnmə səbəbindən sağlamlıq imkanları 81-100 faizi məhdudlaşan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönələn dəyişiklikdir. Bu dəyişikliyə görə, hərbi xidmət zamanı xəstələnmə səbəbindən sağlamlıq imkanı məhdudlaşan keçmiş hərbi qulluqçuların peniyası onların təminat xərclərinin 60 faizindən deyil, 70 faizindən hesablanacaq ki, bu da onların pensiyasının artmasına səbəb olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.