Xəzər Xəbər

Vətəndaşların bank kartından pul oğurlanması DAVAM EDİR VİDEO

Veb TV | 20:30 • 31 May 2024
Vətəndaşların bank kartından pul oğurlanması DAVAM EDİR

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaş kiberdələduzların qurbanına çevrilməkdə davam edir.

Xezerxeber.az-ın xəbərinə görə, paytaxt sakini İham Yusifzadə deyir ki, sosial şəbəkədə onun da qarşısına şirnikləşdirici reklamlardan biri çıxıb. Lakin fişinq planı o qədər detallı hazırlanıb ki, o bunun saxta olduğunu anlamayıb.

İlham Yusifzadə deyir ki, sözügedən reklama kliklədikdən sonra ondan tələb olunan məlumatları tək-tək qeyd edib. Elə olanlar da bundan sonra başlayıb. Kiberdələduzlar bu süulla onun bank kartından 6 min manata yaxın pul çıxarıb.

Üzləşdiyi problemlə bağlı vətəndaş Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib.

Bildirilib ki, onun verdiyi bütün məlumatlar yoxlanılır. Nazirlikdən o da qeyd olunub ki, vətəndaşlar heç kimlə, hətta ən yaxın tanışları, qohumları ilə belə kart məlumatlarını paylaşmamalıdır. Pul göndərən şəxsə kartın 16 rəqəmli pan nömərisini yazmaq kifayət edir. Kiberdələduzlar hər dəfə müxtəlif üsullarla vətəndaşların şəxsi məlumatlarını əldə edirlər. Bu səbəbdən də insanlar diqqətli olmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar