Xocalıya 31 il sonra yenidən həyat qayıdıb. Artıq sakinlər Xocalı şəhərində məskunlaşmağa başlayıb. Xocalıya qayıdış prosesi davam etməkdədir.
Siyasi şərhçi Nazim Cəfərsoy deyir ki, Xocalıya qayıtmaq hər şeydən əvvəl bir namus məsələsi idi.
Onun sözlərinə görə, 8 ay ərzində Xocalıya qayıdışın reallaşması həm də ədalətin bərpa edilməsi idi. Dövlət başçısının məhz müstəqillik günündə Xocalıda olması da təsadüfi bir səfər deyildi. Məhz belə bir gündə dövlət başçısının Xocalı sakinləri ilə bir yerdə olması bu məsələdə dövlətin ali siyasətinin əyani təzahürü idi.
Dövlət başçısının Xocalıdan verdiyi mesajlar da olduqca mühümdür.
Nazim Cəfərsoy əlavə edir ki, törədilmiş soqyqırıma görə Ermənistan üzr istəməli və cinayəti tanımalıdır.
Ermənistan törətdiyi əməllərə görə gec-tez cavab verəcək. Xocalı isə ən gözəl günlərini bundan sonra yaşayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.