Bakının Babək prospektində yarımdairənin ləğv olunması ərazidə nəqliyyat vasitələrinin sıxlığının qarşısınının alınmasına müsbət tədir edib.
Xezerxeber.az-ın məlumatına görə, sürücülər deyiblər ki, yarımdairənin ləğv olunmasından sonra ərazidə tıxac və avtomobil qəzaları qismən azalıb.
Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir. Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunub. Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.