30 il sonra Qarabağın azadlığa qovuşması ilə birlikdə regionda sabitlik üçün tarixi bir fürsət pənəcərəsi açıldı.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə deyib.
"Ermənistan xarici qüvvələr və diasporun əsarətindən qurtulduğu an sülhə daha da yaxınlaşacaq. Erməni xalqı gələcəyinin kənardan nağıl oxuyanlarda deyil, əsrlərdir bərabər yaşadığı qonşularında olduğunu görməli və başa düşməlidir.
Bu həqiqəti çox yaxşı başa düşmək lazımdır:
"Türkiyə qlobal hadisələrdən uzaq bir ölkə deyil. Hazırda dünyada ən şiddətli münaqişələrin, siyasi böhranların, münaqişələrin yaşandığı coğrafiyadayıq. Bəşəriyyətin gündəmini zəbt edən bütün hadisələr Türkiyənin bilavasitə yaxınlığında cərəyan edir. Bölgəmizə və dünyaya iqtisadi maliyyəti günü-gündən artan bu müharibələrin nə vaxt və necə bitəcəyini heç kim bilmir", - deyə R.T.Ərdoğan bildirib.