Yenidən qurulan və məskunlaşma həyata keçirilən Xocalı şəhərində 50 evin tikintisi tam başa çatıb. Qalan evlərin təmiri sürətlə davam edir. Bəzi evlər isə yenidən inşa edilir.
Xezerxeber.az-ın məlumatına görə, Xocalı şəhərində fərdi evlərlə yanaşı, 15 çoxmənzilli bina da yenidən qurulur.
Bundan başqa, Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinə yenidənqurmadan sonra ümumilikdə 14 minə yaxın sakinin köçürülməsi planlaşdırılır.
Yaxın zamanda Tağıbəyli kəndi yenidən qurulacaq və buraya 3 min 840 nəfər köçürüləcək. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən kəndə 108 ailənin köçürülməsi planlaşdırılır. Yenidən qurulan kəndlər arasında Ağdamın Güllücə kəndi də var.
Yenidən qurulan Nəmirli kəndində isə 759 fərdi ev inşa ediləcək və plana uyğun olaraq buraya 3036 nəfər köçürüləcək.
Şotlanlı kəndində isə 3000 nəfərin yaşaması üçün 750 ev tikiləcək. İlkin mərhələdə 200-dən çox ailənin bura köçürüləcəyinin şahidi olacağıq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.