Xəzər Xəbər

Xəzər dənizi Sumqayıt bulvarından xeyli uzaqlaşıb VİDEO

Veb TV | 20:06 • 29 May 2024
Xəzər dənizi Sumqayıt bulvarından xeyli uzaqlaşıb

Xəzər dənizində suyun səviyyəsinin enməsi artıq narahatedici həddə çatır.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər su altında olan hissələr indi quru sahil ərazilərinə çevrilir. Xəzərin Sumqayıt hissəsində də dənizkənarı bulvar sahildən xeyli aralıda qalıb.   

Ekspertlərin sözlərinə görə, Xəzər dənizi qapalı su hövzəsi olduğundan zaman-zaman onun səviyyəsində periodik dəyişmələr müşahidə olunur. Lakin səbəbdən asılı olmayaraq dəniz suyunun getdikcə quruması Sumqayıt sakinlərini ciddi narahat edir.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın üzvü Rövşən Abbasov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, 1995-ci ildən etibarən Xəzər dənizinin səviyyəsinin mütəmadi düşməsi müşahidə olunur. Bunun nəticəsində sahil ekosistemlərində çox ciddi dəyişmələr baş verir.

O da qeyd edilib ki, son vaxtlar bol yağıntılardan sonra çaylarda sululuğun artması dənizin suyunun da çoxalmasına təsir edə bilər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar