Xəzər Xəbər

Ovu qadağandır, amma satışı var VİDEO

Veb TV | 20:39 • 29 May 2024
Ovu qadağandır, amma satışı var

Ovu və satışı qadağan olsa da, sosial şəbəkə və elan saytlarında kirpi satılır.

Xezerxeber.az-ın məlumatına görə, kirpi Bakıda 10, rayonlarda isə 25 manata təklif olunur.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, nəzərdə tutulan heyvanların ovu və satışı ilə məşğul olan şəxslər üçün  cərimələr nəzərdə tutulur.

Qeyd edək ki, sonuncu dəfə Zaqatalada kirpi ovlayıb satan şəxslər aşkar edilərək cərimələnmişdi. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar