Abşeron rayonu, Masazır qəsəbəsindən Bakı istiqamətinə yalnız bir marşrut xəttinin fəaliyyət göstərməsi sakinlər üçün çətinlik yaradır.
Xezerxeber.az-ın məlumatına görə, minlərlə əhalinin yaşadığı qəsəbəyə yalnız 525 saylı marşrut avtobusu işləyir. Sərnişinlər iddia edirlər ki, bu xətdə olan avtobuslar köhnəldiyindən tez-tez yolda qalır. Üstəlik, avtobusların sayı sərnişinlərin sayına adekvat deyil.
Sürücülər isə yeni avtobusların nə vaxt veriləcəyini bilmirlər.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Masazır qəsəbəsi - "Memar Əcəmi" metrostansiyası istiqaməti üzrə hərəkət edən 525 nömrəli marşrut xəttində 17 avtobus 8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir.
Qeyd olundu ki, marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması ehtimal edilir. Yəni gələcəkdə Masazır qəsəbəsinə işləyən bu avtobusların dəyişdirilməsi plandadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.