Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə Qazax rayonunun işğaldan azad edilmiş kəndlərinə mediatur təşkil olunub.
Xezerxeber.az xəbər verir ki, mediatur zamanı media nümayəndələrinə təhlükəsizlik qaydaları izah olunub, ərazilərdən tapılan minalar nümayiş etdirilib.
Media nümayəndələri azad olunmuş kəndlərdə erməni vandallığının bariz nümunələri olan dağıdılmış binalara baş çəkib, eləcə də xidmətə başlayan sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazaxın 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.