Qaz sayğacına müdaxilə etməklə sərfiyyatı azaldan qurğu satılır. Qurğunu yaxınlaşdırmaq kifayət edir ki, sayğacın iş mexanizmi dayansın.
Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə satılan bu qurğu ilə satıcı iddia edir ki, mexaniki sayğacların sərfiyyat qeydiyyatını istənilən an dayandırmaq və işə salmaq mümkündür.
Satış üçün paylaşılan elanlarda çatdırılma və test üçün yoxlama da təklif olunur.
Elanda göstərilən nömrə ilə bizdə əlaqə saxladıq. Lakin həmin şəxs telefonla danışmağa razı olmadı. Əvəzində isə cihazın əldə olunması üçün tələb olunan 55 manatın 8 manatını bank kartına göndərməyi təklif etdi. Bu vədlərə inanaraq rəy yazan və maraqlanan xeyli sayda insan da var.
Mövzuya münasibət bildrən kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyir ki, faktiki olaraq sayğaca bu formada müdaxilə etmək mümkün deyil.
Onun sözlərinə görə, sayğaca müdaxilə aşkar edildikdə, cərimə vurulan zərərin ödənilməsi ilə yekunlaşmır. Əlavə cərimələr də təyin olunur.
Qeyd edək ki, eyni əməl külli miqdarda ziyan vurmaqla törədildikdə 4000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.