Abşeron rayonunun Novxanı kənd qəbiristanlığında avtomobillərin hərəkəti üçün nəzərdə tutulan torpaq yolun sökülərək məzar yeri kimi satıldığı iddia olunur.
“Xəzər Xəbər”ə müraciət edən sakinlər vəziyyətdən narazı olduqlarını bildirirlər. Əməkdaşlarımız bu gün həmin ərazidə çəkiliş aparıb, məsələnin doğru olub- olmadığını araşdırıblar.
Xezerxeber.az-ın məlumatına görə, çəkiliş zamanı aydın oldu ki, həqiqətən də qəbiristanlığın içərisindəki yolda məzar yerləri qazılır.
Kənd sakinləri iddia edirlər ki, artıq qəbiristanlıqda boş yer qalmadığı üçün bələdiyyə maşın yolunu satır.
Sakinlər onu da deyirlər ki, maşınların hərəkəti üçün nəzərdə tutulan yolu yeni məzar yeri kimi düzəldib satdıqdan sonra qəbirlər arasında məsafə qısalıb. Hərəkət etmək üçün heç 50 sm-lik belə yer yoxdur.
Məsələ ilə bağlı Novxanı bələdiyəsinin sədri Şahin Tağıyev “Xəzər Xəbər”ə bildirib ki, sakinlərin şikayəti əsasında hüquq - mühafizə orqanlarına müraciət olunub. Hazırda yolu kimin zəbt etdiyi barədə araşdırma apatılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.