Bakının Xətai rayonu, Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində yerləşən işıqforun işləməməsi ərazidə təhlükəli vəziyyət yaradır. Ötən gün bu ərazidə ağır yol- nəqliyyat hadisəsi də baş verib. Qəzanın əsas səbəblərindən biri isə məhz işıqforun işləməməsi olub.
Xezerxeber.az-ın məlumatına görə, sürücülər deyirlər ki, artıq iki aya yaxındır, ərazidə işıqfor işləmir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.
Agentliyin mətbuat katibi Tural Orucov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, işıqforun işə salınması üçün texniki tamamlanma işləri aparılır.
Xatırladaq ki, eyni ərazidə bu yaxınlarda avtobusun iştirakı ilə də qəza baş vermişdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.