Qazaxın 30 ildən sonra işğaldan azad olan kəndlərinə jurnalistlərin səfəri başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, mediatur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub.
Media nümayəndələri əvvəlcə Qazax rayonunu işğaldan azad olan Qızılhaclı kəndində olublar.
Jurnalistlər ərazi ilə, dağılmış evlərlə tanış olublar. Kənd haqqında media nümayəndələrinə məlumat verilib.
Səfər çərçivəsində jurnalistlər həmçinin DSX-nin həmin kəndlərin ərazisində təşkil olunan xidməti barədə məlumatlandırılıb, eləcə də azad olunan kəndlərdəki vəziyyətlə yerində tanış olublar.