Xəzər Xəbər

Bakı-Gəncə-Bakı istiqaməti üzrə avtobuslar yenilənib VİDEO

Veb TV | 22:11 • 27 May 2024
Bakı-Gəncə-Bakı istiqaməti üzrə avtobuslar yenilənib

Bakı-Gəncə-Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Xezerxeber.az xəbər verir ki, 27 maydan etibarən sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün Gəncəyə səfərlər yeni  avtobuslarla həyata keçirilir.

Bununla da uzun müddətdən sonra ilk dəfə olaraq şəhərlərarası daşımalarda tam yeni avtobuslar istismara verilir.  

Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşür.

Xəbər lenti