Ötən gündən başlayan tozlu hava şəraiti bu gün də davam edir.
Xezerxeber.az-ın məlumatına görə, tozlu hava paytaxtla yanaşı, Sumqayıt şəhərində də müşahidə olunur.
Yağış və küləklə əlaqədar havada tozun miqdarının azalacağı gözlənilsə də, ciddi dəyişiklik olmayıb.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova "Xəzər Xəbər"ə bildirib ki, küləyin Türkmənistan ərazisindən ölkəmizə gətirdiyi toz kütlələri əsasən Xəzəryanı rayonlarda daha çox hiss olunur.
Gülnarə Abbasova qeyd edib ki, şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.