Güclü külək Goranboyda bir sıra fəsadlar törədib.
Xezerxeber.az-ın məlumatına görə, güclü külək rayonun Aşağı Ağcakənd qəsəbəsində təsirli olub.
Bəzi ağaclar kökündən qopub, külək bir neçə evin, mal-qara saxlanan tövlələrin dam örtüklərini yerə atıb.
Qəsəbədə məskunlaşan Xocalı sakinləri bildirib ki, külək nəticəsində onlara xeyli ziyan dəyib.
Güclü külək dam örtüklərini yerə atmaqla bərabər, qəsəbəni saatlarla işıqsız qoyub. Sakinlər bildirib ki, enerji verilişində uzunmüddətli fasilələr yaranıb.
Hadisədən sonra rayon fövqəladə hallar komissiyası ərazilərdə olub. Fəsadların aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Bununla əlaqədar dəymiş ziyan da hesablanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.