Mingəçevir su anbarında suyun səviyyəsi artıb. Hazırda su anbarında 14.7 milyard kub metr su toplanıb.
Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə yaşayan sakinlər bildirib ki, anbarda belə bol sululuq təxminən 14-15 il bundan öncə müşahidə edilib.
Sakinlər bildirib ki, su anbarında artım hələ də davam edir. Anbarın ətrafında olan bəzi yerlər artıq su altında qalıb.
Anbarda su artımını “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin baş məsləhətçisi Sarvan Ağayev də təsdiqləyib. Onun sözlərinə görə, su anbarında hazırda toplanan su ötən ilki ilə müqayisdə 3.2 milyard kub metr artıqdır. Mingəçevir su anbarından Kür çayına ötürülən su da artırılıb. Hazırda Kür çayına 360 kub metr saniyədə su ötürülür.
Mütəxəsisslər hesab edirlər ki, anbardakı suyun mövcud səviyyəsi hələ normal səviyyəyə çatmayıb. Mingeçevir su anbarında 16 milyard kub metrə qədər su toplamaq mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.