Səyahət sığortası olmayanlar Gürcüstana buraxılmayacaq. Qonşu dövlət yeni qərar verib.
Qərar iyunun 1-dən qüvvəyə minir.
Xezerxeber.az-ın məlumatına görə, sərhəd-keçid məntəqəsində bütün əcnəbi vətəndaşlardan sığorta tələb olunacaq.
Sığorta eksperti Vüsal Bədəlov deyir ki, vətəndaşlar sığortanı yerli sığorta şirkətlərindən ala bilərlər. Qiymət səfərin müddətindən asılı olaraq dəyişir. Məsələn, 1həftəlik sığorta 15-20 manata başa gəlir.
Turizm üzrə ekspert Rəhman Quliyev isə deyir ki, Gürcüstan turizmi inkişaf edən ölkələrdəndir və hazırkı məqamda bu dövləti belə bir qərar verməyə vadar edən səbəblər var.
Qeyd edək ki, vətəndaşlar sığorta edilərkən onlara 5 min dollar dəyərində ambulator və təcili yardım xidmətləri, 30 min dollar dəyərində isə stasionar xidmətlər üçün təminat verilməlidir.
Gürcüstan tərəfinin yeni qaydaları ilə bağlı "Azərbaycan Hava Yolları"nın da məlumatı var. AZAL-dan bildirilib ki, əgər vətəndaş Gürcüstanda nəzərdə tutduğu müddətdən artıq qalmalı olsa, sığortanın müddətini onlayn uzada və ya Gürcüstandakı sığorta şirkətlərindən əlavə səfər sığortası ala bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.