Xəzər Xəbər

Azərbaycanda bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur FAKTİKİ HAVA

Veb TV | 19:16 • 24 May 2024
Azərbaycanda bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur

Mayın 24-ü saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Xınalıq, Qusar (Laza), Xaltan, İsmayıllı, Qrız, Naftalan, Ağcabədi, Ağdam, Tərtər, Mingəçevirdə arabir yağış, Şahdağda isə sulu qar yağır.
Qrız, Şahdağ, Daşkəsən, Göygöl, Qax, Şəki, İsmayıllı, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 20-25, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 9-11, yüksək dağlıq ərazilərdə isə 2 dərəcəyək isti olub.

Xəbər lenti