Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən yaşayış binasının 6-cı mərtəbəsindən yıxılan kişi ölüb.
Xezerxeber.az-ın məlumatına görə, doqquzmərtəbəli binada yaşayan 65 yaşlı Rasim İsmayılov eyvandan yerə düşüb.
Hadisə şahidləri bildiriblər ki, kişi ehtiyatsızlıq səbəbindən mənzilin eyvanından yıxılıb və binanın arxa tərəfinə düşüb.
Qonşuların bildirdiyinə görə, təxminən bir il öncə Rasim İsmayılovun həyat yoldaşı rəhmətə gedib. Bundan sonra onda ruhi problemlər yaranmağa başlayıb.
Səslənən bu iddialara İsmayılovlar ailəsindən də münasibət öyrənməyə çalışdıq, lakin mənzilin qapısını üzümüzə açan olmadı.
TƏBİB-dən verilən məlumata görə dünən 1959-cu il təvəllüdlü şəxs təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Pasiyent baş-beynin ocaqlı travması, burun sümüklərinin sınığı, travmatik şok diaqnozları ilə reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi xidmətlərlərin göstərilməsinə baxmayaraq, uzlaşmayan travmalar səbəbindən sözügedən şəxs elə həmin gün vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.