Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Komitə iclasında həmçinin veteran pulunun artırılması məsələsi də təklif edilib. Bu məsələ ilə bağlı çıxış edən millət vəkili Aqil Məmmədov deyib ki, cəmi 80 manat olan veteran pulu nəqliyyat və digər xərclər üçün nəzərdə tutulub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə veteranlara göstərilən sosial dəstək tədbirlərindən 105 mini sosial ödənişlərə aiddir. Sosial ödənişləri mütəmadi nəzərdən keçirməklə yanaşı, onların sosial inteqrasiyası da diqqət mərkəzindədir.
İclasda komitə sədri Musa Quliyev isə deyib ki, pensiyaçıları maraqlandıran əsas məsələ gələn il pensiyalarda nə qədər artım olacağıdır. Nazir müavini Anar Kərimov bu sualı da cavablandırıb. Bildirib ki, hələlik belə yekun qərar yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.