Bakıda taksi sürücüsü qadının yolunu kəsib və küt alətlə ona hücum edib.
Xezerxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb. Efirdə görünməyini istəməyən Məltəm Əsgərova ''Xəzər Xəbər''ə bildirib ki, hadisə ötən gün Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib. Onun dediyinə görə, sürücünün ona hücum etməsinə səbəb yol üstündə olub.
Məltəm Əsgərova deyir ki, hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarına məlumat verib. Xanım sürücü ərazi üzrə Binəqədi rayon 40-cı polis bölməsinin çağırılıb və onun ifadəsi alınıb.
Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, görüntülər əsasında araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.