Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub.
Xezerxeber.az xəbər verir ki, kəndlərdə Azərbaycan bayrağı ucaldılıb.
Qeyd edək ki, Azərbaycan və Ermənitan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.