Təkcə dünən kiberdələduzlar vətəndaşlara məxsus bank kartlarından 37 500 manat pul çəkiblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bank kartlarından kiber üsullarla oğurluq hadisələri əsasən kart sahiblərini şirnikləşdirici vədlərlə aldadaraq törədilib.
Xezerxeber.az-ın məlumatına görə, kiberdələduzlar feysbukda "aşağı faizli kredit" vədi, "kartınıza müdaxilə var, bankdandır, sığorta edilməlidir" təklifi, "beh" və digər üsullardan istifadə etməklə vətəndaşların bank kartı məlumatlarını əldə edərək oğurluq ediblər.
Nazirliyin mətbuat xidmətinin bölmə rəis Nurlan Əliyev deyib ki, aldatma tələləri fərqli olsa da, oğurluqlar eyni kiber üsullarla törədilib.
Bir daha vətəndaşlara tövsiyə edilir ki, şəxsi bank məlumatlarını tanımadıqları adamlarla bölüşməsinlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.