Bakıətrafı kənd və qəsəbələrə işləyən sürət qatarlarının müntəzəm fəaliyyət göstərməməsi sakinlərin narazılğına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər deyirlər ki, aylardır, sürət qatarları yalnız səhər və axşam pik saatlarda işləyir. Günün digər vaxtlarında isə qatarlar onlar üçün əlçatmazdır.
Məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sənubər Nəzərova da təsdiqləyib.
Onun sözlərinə görə, həmin müddət aralığında sərnişin tələbatını təmin etmək məqsədilə həftənin iş günlərində Bakıdan saat 16:20-də, Sumqayıtdan isə saat 17:20-də, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakıdan saat 20:45-də və saat 21:20-də, Sumqayıtdan isə saat 20:15-də və saat 20:50-də qatarların hərəkəti üçün əlavə reyslər təyin olunur. İnfrastrukturda aparılan təmir işləri ilə əlaqədar ümumilikdə Bakı-Pirşağı-Sumqayıt-Bakı istiqaməti üzrə iş günlərində 6 reys ləğv olunaraq əvəzinə əlavə 2 reys, qeyri-iş günlərində isə 6 reys ləğv olunaraq əvəzinə əlavə 4 yeni reys təyin edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.