Xəzər Xəbər

Kür çayında suyun səviyyəsinin artması Sabirabadda fəsadlara yol açıb VİDEO

Veb TV | 20:23 • 22 May 2024
Kür çayında suyun səviyyəsinin artması Sabirabadda fəsadlara yol açıb

Kür çayında suyun səviyyəsini artırıb. Nəticədə çayın Sabirabad rayonunun Ulacalı kəndi ərazisindən keçən hissəsində körpünün quru ilə əlaqəsi kəsilib.

Xezerxeber.az-ın məlumatına görə, körpü suyun altında qalıb, 5 kənddə fəsadlar yaranıb.

Aramsız yağan yağışlar nəticəsində Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd sakinlərinin Bakı-Qazax magistral avtomobil yoluna çıxmaqları çətinləşib. Sakinlər deyir ki,  həmin kəndlərə getmək üçün əlavə olaraq 15 km məsafə qət edərək Surra kəndi ərazisində yerləşən körpüdən istifadə etmək məcburiyyətində qalırlar. 

Sabirabad rayonu, Quruzma kənd icra nümayəndəsi Cavad Cəlilov  "Xəzər Xəbər"ə şifahi olaraq bildirib ki, Kür çayının üzərində  olan körpü 3 gündür, bağlanıb. Dünən Sabirabad Suvarma Sistemlər İdarəsinin texnikaları əraziyə  dəvət edilib və Kür çayının Quruzma ərazisindəki əlaqə bərpa edilib.

Bu gün isə həmin texnikalar Kürün Ulacalı kəndi istiqamətindəki körpünün çıxışına gətirilib, beton piltələri daşınmaqdadır. Suyun səviyyəsi bu həddə qalsa, bu gün axşama gediş-gəliş bərpa ediləcək.

Qeyd edək ki, Ulacalı və Quruzma kəndlərini birləşdirən körpü 2000-ci ildə istifadəyə verilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar