Xəzər Xəbər

Pensiya təyinatında yenilik edilir VİDEO

Veb TV | 19:50 • 22 May 2024
Pensiya təyinatında yenilik edilir

Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsinə dair prinsip müəyyənləşir.

Xezerxeber.az-ın məlumatına görə, bu, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Yeniliyə əsasən, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçiriləcək. 

Həmçinin hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur. 

Bundan başqa, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklər arasında hərbi qulluqçuların müvafiq təminat xərcliyinin 10 faiz artırılması da var.

Qeyd edək ki, ölkədə pensiyaçilarin 90 %-i sosial sigorta əsasli pensiya alir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar