Xəzər Xəbər

Bakıda daha bir yolayrıcında hərəkətin təşkilində dəyişiklik edilib VİDEO

Veb TV | 21:15 • 20 May 2024
Bakıda daha bir yolayrıcında hərəkətin təşkilində dəyişiklik edilib

Bakıda daha bir yolayrıcında sıxlığın azaldılması və hərəkət intensivliyinin artırılması üçün hərəkətin təşkilində dəyişiklik edilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət günün pik vaxtlarında sıxlıq yaranan küçə ilə prospektin kəsişməsindən gedir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində yaranan sıxlığı aradan qaldırmaq üçün təhlillər aparıblar.

Həmin kəsişmədə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkət edən nəqliyyat axınının intensivliyini artırmaq məqsədilə yolda olan svetoforun sola dönmə faza vaxtında düzünə hərəkətə icazə verilib. Bununla da sol zolaqdakı nəqliyyat vasitələri sola dönərkən eyni vaxtda digər avtomobillər düz istiqamətə gedə biləcəklər.

Bu dəyişikliyi bəzi sürücülər müsbət qarşılayırlar. Onlar da işıqforun faza vaxtında edilən dəyişikliyin yolda sıxlığın azalmasına təsir edəcəyini hesab edirlər.

Müşahidə kameraları vasitəsi ilə də aydın görünür ki, sol zolaqda olan nəqliyyat vasitələri dönərkən eyni vaxtda digər avtomobillər düzünə gedə bilirlər və bu da lüzumsuz yaranan sıxlığın aradan qalxmasına təsir edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti