Tovuzda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Əlibəyli kəndindəki evlərinə həftəsonu istirahətə gedən 54 yaşlı Gülşən Əmrahova, oğlu - 20 yaşlı Əmrah Əmrahov və gəlini - 20 yaşlı Aysun Əhmədova dəm qazından zəhərləniblər. Bildirilib ki, 54 yaşlı qadın dəm qazından boğularaq yerindəcə dünyasını dəyişib. Digər 2 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.