Xəzər Xəbər

Elektron ticarət dövriyyəsi sürətlə artır VİDEO

Veb TV | 20:39 • 19 May 2024
Elektron ticarət dövriyyəsi sürətlə artır

Ötən il xaricdən Azərbaycana onlayn formada 2 milyardlıq məhsul idxal edilib.

Mərkəzi Bankın məlumatına görə, ötən il Azərbaycanda elektron ticarətin dövriyyəsi təxminən 41 milyard manat olub.

Xezerxeber.az-ın məlumatına görə, ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 39 milyard, ölkəxarici isə təxminən 2 milyard manat təşkil edib. 5 il öncə isə bu rəqəm ümumilikdə ölkə üzrə 2 milyard manat təşkil edirdi. Rəqəmlərdən də aydın olur ki, həm ölkədaxili, həm də xaricdən elektron ticarət dövriyyəsi rekord səviyyədə artıb. Bəs insanlar niyə daha çox onlayn ticarətə üstünlük verirlər?

Ekspertlərin fikrincə, onlayn ticarətin yaradtığı üstünlüklər onu deməyə əsas verir ki, növbəti mərhələdə ənənəvi ticarət üzrə dövriyyə daha da azala bilər.

Ekspert onu da əlavə edib ki, bu hal təbii olaraq yerli ənənəvi ticarəti də zəiflədir.

Əvvəllər xaricdən elektron alış-verişi ancaq paytaxt əhalisi edirdisə, artıq ən ucqar kənddə yaşayanlar da onlayn ödənişləri rahatlıqla edə bilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar