Benzinlə işləyən avtomobilə dizel yanacağı vurulub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxt sakini Paşa Quliyevin başına gəlib.
Sürücü iddia edir ki, Qazaxdan-Bakıya gələrkən magistral yolun kənarında yanacaqdoldurma məntəqələrindən birinin operatoru avtomobilinin yanacağını səhv vurub. Bu da onun külli miqdarda zərərə düşməsi ilə nəticələnib.
Sürücü deyir ki, həmin ərazi uzaq olduğundan hələ ki, bu barədə onlara məlumat verə bilməyib. Paşa Quliyev avtomobili təmirdən çıxdıqdan sonra mütləq həmin əraziyə gedib YDM- rəhbərliyinə bu barədə məlumat verəcəyini bildirib.
Bəs benzin mühərrikli avtomobilə dizel yanacağı vurulduqda avtomobilin hansı detallarını sıradan çıxarır?
Usta Sahil Ağabəyli hesab edir ki, yanacağın səhv vurulması sürücülərə minumum 200, maksimum 5 min manata yaxın zərər vura bilər.
Hüquqşünaslar isə bildirirlər ki, sürücü belə olduqda əvvəlcə yanacaqdoldurma məntəqəsinə müraciət etməlidir. Əgər dəymiş zərəri geri ala bilmirsə, servisdə çəkdiyi xərcin qəbzi ilə məhkəməyə müraciət edib bunu təmin edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.