Bakı sakini Sərxan Sabirov qayda pozmadığı halda onun ünvanına cərimə protokolu yazıldığını deyir.
O, evdə olduğu halda başqa şəxsə görə cərimə edildiyini söyləyir.
Xezerxeber.az-ın məlumatına görə, Sərxan Sabirova məxsus avtomobilin dövlət qeydiyyat nişan “77 XD 745”dir. Sürücü iddia edir ki, başqa bir şəxs radarlardan yayınmaq üçün onun nömrəsinin bənzərini düzəldərək avtomobil idarə edir, yazılan cərimələr isə ona gəlir.
Sərxan Sabirov iddia edir ki, digər sürücü “L” hərfini “D” ilə əvəzləyib. Buna görə də radar onun nömrəsini qeydə alır.
Məsələ ilə bağlı Baş DYP İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, baş verən hadisə texniki xəta səbəbindən olub.
İdarədən o da bildirildi ki, belə halla qarşılaşan vətəndaşlar 102 qaynar xəttinə müraciət etsinlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.