Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti bölgələrdə ciddi fəsadlara səbəb olub VİDEO

Veb TV | 20:39 • 18 May 2024
Qeyri-sabit hava şəraiti bölgələrdə ciddi fəsadlara səbəb olub

Qax rayonun Sarıbaş kəndinə qar yağıb, bir-neçə kəndinə isə dolu düşüb.

Xezerxeber.az-ın məlumatına görə, may ayının 17-i axşam saatlarından başlayaraq mayın 18-i shər saatlarına qədər bölgədə yağıntılar intensivləşib. Axşam və gecə saatlarında Oğuz, Qax, Zaqatala və Balakən rayonuna qar, leysan xarakteli yağış və dolu düşüb.

Yağıntının miqdarı daha çox Qax rayonu ərazisində özünü büruzə verib. Rayonun Tasmalı, Lələpaşa, Əlibəyli, Turaclı, Ləkit və Zəyəm kəndlərinə dolu yağıb. Fərdi təsərrüfatlara, əkin sahələrinə ciddi ziyan dəyib.

Kəndlərə yağan leysan yağışları səbəbindən Tasmalı kəndində bəzi evlərin həyətyanı sahələrinə sel suları dolub.

 Gecə saatlarında Balakən və  Zaqatalaya da dolu düşüb. Şəxsi təsərrüfatlarda meyvə - tərəvəzə ciddi ziyan dəyib. Qeyri-sabit hava şəraitində Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb.

Qəbələdə bir neçə gün davam edən leysan yağışları Nohurgölün daşmasına səbəb olub. Hazırda gölün səviyyəsində 2 metrə kimi yüksəlmə müşahidə olunur. Göldə su səviyyəsinin qalxması nəticəsində ətrafdakı istirahət mərkəzlərinə ciddi ziyan dəyib.

FHN -nin Xüsusi Xilasetmə Xidmətinin xilasediciləri gölün suyunun çəkilməsi istiqamətdə işləri davam etdirir. Ərazidə 3 iri tonajlı pompa qurulub. Dəyən zərər su ərazidən çıxarıldıqdan sonra məlum olacaq.

Leysan yağışların ardından yaranan sel Goranboyda fəsad yaradıb. Təbiət hadisəsi zamanı rayonun Qızılhacılı qəsəbəsində qaz borusu zədələnib. Sel suları borunu yararsız hala saldığından qəsəbəyə mavi yanacaq verilişində fasilə yaranıb. Əraziyə texnikalar cəlb edilərək selin yaratdığı fəsadın aradan qaldırılması istiqamətində işlərə başlanıb.

Qeyd edək ki, güclü yağış bir neçə gün öncə rayonun bir neçə kəndində də fəsad törətmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar